Slovakiya Baş naziri Robert Fitso hökumətin ABŞ ilə əlavə nüvə reaktorunun tikintisi ilə bağlı razılaşmanı təsdiqlədiyini bəyan edib.
Bu barədə "Report" "Al-Arabiya"ya istinadən xəbər verir.
Məlumata görə, 1 000 meqavattdan artıq gücə malik yeni reaktor Slovakiyanın qərbində yerləşən atom elektrik stansiyasında tikiləcək və dövlətə məxsus olacaq.
Hər iki ölkənin hökumətlərinin nə vaxt razılaşma imzalayacağı hələ məlum deyil.