Sindzo Abe və Donald Tramp arasında telefon danışığı oldu

Koronavirusun yayılması fonunda Yaponiyanın baş naziri Sindzo Abe ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.

Telekanalın məlumatına görə, ABŞ lideri və Yaponiyanın hökumət başçısı koronavirusun yayılmasına qarşı cari işlərin durumu haqqında fikir mübadiləsi aparıblar. Dövlət rəsmiləri bu problemin həlli üzrə hərtərəfli əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

Abe və Tramp arasında telefon danışığı ABŞ prezidentinin Tokioda Olimpiya oyunlarının koronavirusa görə təxirə salınması ilə bağlı fikirləri fonunda keçirilib. Lakin hazırda iki ölkə rəsmisinin danışığının gedişatında bu məsələnin qaldırılıb-qaldırılmadığı hələ məlum deyil.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində yayılıb.

Digər xəbərlər