KXDR nüvə qüvvələri yaratmaq planlarını açıqlayıb

KXDR öz nüvə potensialını artırmaq üçün səylərini davam etdirmək, təhdid yaranacağı təqdirdə isə “nüvə silahına nüvə silahı ilə cavab vermək” niyyətindədir.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin (MK) Siyasi Bürosunun təşəbbüsü ilə keçirilən səkkizinci genişləndirilmiş plenar iclasın yekunlarına dair məlumatda deyilir.

Plenar iclas iyunun 16-18-də ölkənin lideri Kim Çen Inın iştirakı ilə keçirilib.

Vurğulanıb ki, dövlətin müdafiə sənayesi Mərkəzi Komitənin nüvə silahlarının inkişaf etdirilməsi və nüvə qüvvələrinin yaradılmasına dair müəyyənləşdirdiyi istiqaməti saxlamalıdır.

Plenumda 2023-cü ilin birinci yarısı üçün bütün sahələrdə, o cümlədən iqtisadi sahədə görülmüş işlərə yekun vurulub. İclas iştirakçıları dəyişmiş beynəlxalq şəraitdə partiya, diplomatiya və müdafiə sahəsində strategiyanın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03