Sidneydə son 80 ildə ilk dəfə +47 Selsi dərəcə isti qeydə alınıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Avstraliya meteoroloji xidmətinin məlumatına görə, Sidneydə təxminən 80 il ərzində ən yüksək temperatur qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının sinoptiklər bürosunun "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda orada +47 Selsi dərəcə temperatur müəyyən edilib.

Sonuncu dəfə Sidneydə bu cür temperatur 1939-cu ildə qeydə alınıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10