Şahbaz Şərif Vaşinqtona gedib

Pakistanın Baş nazir Şahbaz Şərif ABŞ-də rəsmi səfərdədir.

"Report" xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşrinin məlumatında deyilir.

Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirilir. Ş.Şərif bu gün Vaşinqtonda keçiriləcək Qəzza üzrə Sülh Şurasının birinci iclasında iştirak edəcək.

Pakistan nümayəndə heyətinin tərkibinə baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, maliyyə naziri Məhəmməd Auranqzeb, informasiya naziri Attaullah Tarar və baş nazirin xüsusi köməkçisi Tariq Fatemi daxildir.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50