Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib

Belqrad məhkəməsi qərarı ilə Serbiyanın "Informer" telekanalının baş redaktoru Draqan Vuçiçeviç 30 gün müddətinə həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Informer" telekanalı məlumat yayıb.

Vuçiçeviçin vəkilləri onun dərhal azadlığa buraxılmasında təkid ediblər. Jurnalist isə özünü günahsız hesab edir.

Məhkəmə qərarı elan olunmazdan əvvəl müxalif Serbiya Tərəqqi Partiyasından deputatlar Vuçiçeviçə dəstəklərini ifadə etmək üçün binaya gəliblər.

Xatırladaq ki, Vuçiçeviç təşviş yaratmaq ittihamı ilə noyabrın 25-də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun saxlanılmasına etiraz əlaməti olaraq STP-dən olan deputatlar parlamentin iclas zalını tərk ediblər.

Digər xəbərlər