Estoniyada PUA təhlükəsi səbəbindən NATO qırıcıları havaya qaldırılıb

Estoniyanın cənub-şərq və cənub regionlarında dron təhlükəsi səbəbindən hava həyəcanı elan edilib, NATO üzrə müttəfiqlərin qırıcıları havaya qaldırılıb.

"Report" xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Estoniya Silahlı Qüvvələri Tartumaa, Yiqevamaa, Vilyandimaa, Valqamaa, Virumaa və Pılvamaa bölgələrində hava təhlükəsi barədə bildiriş göndərib.

Silahlı Qüvvələrin nümayəndələri dron təhlükəsi səbəbindən NATO qırıcılarının da havaya qalxdığını bildiriblər.

Digər xəbərlər