Ukrayna Rusiyanın Krasnodar diyarındakı Tuapse neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Zərbə nəticəsində mühafizə otağında yanğın baş verib və iki nəfər xəsarət alıb.
PUA-nın fraqmentləri həmçinin fərdi evin ərazisinə düşərək yanğına səbəb olub.