Rusiyanın Lvova raket hücumu nəticəsində ölənlərin sayı artıb

İyulun 6-na keçən gecə Rusiya hərbçilərinin Lvova raket hücumu nəticəsində ölənlərin sayı 7-yə çatıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski deyib.

Onun sözlərinə görə, dağılmış evdə ola biləcək ailə ilə hələ əlaqə alınmayıb.

"Hazırda dağıntılar altından 7 nəfər xilas edilib. Dağıntıların təxminən 70%-i sökülüb", - o bildirib.

Kozitski əlavə edib ki, 130 nəfərə tibbi yardım göstərilib, 13 nəfər xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10