Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

“Xilasedicilər Svyatoşinski rayonunda dağıntılar altından daha iki cəsədi çıxarıblar. Hazırda 12 ölü var. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər”, - o, sosial şəbəkədə yazıb.

18:59

Rusiyanın Kiyevə raket və dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

"Xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar. Saat 16:45-ə (Bakı vaxtı ilə 17:45) olan məlumata görə, Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 10 nəfərə, yaralananların sayı isə 90 nəfərə çatıb. Xilasetmə işləri davam edir", - qurumun teleqram kanalında bildirilib.

Xəbər lenti