WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib

ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallinə süni intellektin texniki nasazlıqlara aidiyyəti olması barədə fərziyyəsindən sonra televiziya efirlərinə çıxmaq qadağan edilib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müvafiq göstərişi Ağ Evin aparat rəhbəri Stiven Miller verib.

Buna səbəb Mallinin noyabrın 16-da "Fox News" telekanalına verdiyi müsahibə olub. Həmin müsahibədə nazir bəzi kompüter nasazlıqlarının süni intellekt texnologiyalarının tətbiqi nəticəsində yarana biləcəyini ehtimal edib.

Mallin Kristi Noemin gedişindən sonra quruma rəhbərlik etməyə başlayıb. Qəzetin həmsöhbətlərinin qiymətləndirməsinə görə, yeni rəhbərin fəaliyyəti Amerika administrasiyası daxilində əlavə narazılığa səbəb olub.

Digər xəbərlər