Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb

Ohayo ştatının Parma şəhərində atışma baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, polis hadisəni çox sayda insanın xəsarət aldığı insident kimi qiymətləndirib.

Polisin məlumatına görə, iki şübhəli şəxs müəyyən edilib, hadisə yerində iki ədəd odlu silah aşkar edilərək götürülüb. Xəsarət alanların sayı və onların aldıqları travmaların ağırlıq dərəcəsi hələlik dəqiqləşdirilməyib.

Hüquq-mühafizə orqanları əhali üçün heç bir təhlükənin olmadığını bildiriblər.

Digər xəbərlər