Kiyevə hücum nəticəsində doqquz nəfər həlak olub, 70 nəfər yaralanıb - YENİLƏNİB

Kiyevə hücum nəticəsində doqquz nəfər həlak olub, 70 nəfər yaralanıb - YENİLƏNİB Rusiya Silahlı Qüvvələrinin Kiyevə genişmiqyaslı hücumu nəticəsində azı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Digər ölkələr
24 aprel 2025 09:54
 Kiyevə hücum nəticəsində doqquz nəfər həlak olub, 70 nəfər yaralanıb - YENİLƏNİB

Kiyevdə Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində yaralananların sayı 70 nəfərə çatıb.

"Report"un UNİAN-a istinadən məlumatına görə, bunu daxili işlər naziri İqor Klimenko bildirib.

"Xarabalıqlar altından telefon zəngləri eşidilir - bütün insanların çıxarıldığına əmin olana qədər axtarışlar davam edəcək", - deyə o bildirib.

RBK-Ukrayna Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Nikolay Kalaşnikə istinadən bildirir ki, atəş nəticəsində yaşayış binaları zərər görüb. Buça rayonunda üç beşmərtəbəli yaşayış binası zədələnib. Onlardan birinin damında yanğın söndürülüb. Bundan əlavə, dörd mağaza, səkkiz avtomobil və ictimai nəqliyyat dayanacağı zərər görüb.

07:05

Rusiya Silahlı Qüvvələrinin Kiyevə genişmiqyaslı hücumu nəticəsində azı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bunu şəhər meri Vitali Kliçko deyib.

Onun sözlərinə görə, xəsarət alanlar arasında 6 uşaq da var: “Paytaxtda iki nəfər ölüb, 54 sakin isə xəsarət alıb. Yaralıların 38-i, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə köməklik göstərilib”.

Son xəbərlər

Orphus sistemi