Rusiya Ukraynaya zərbələr endirib, ölən və yaralananlar var

Rusiya qoşunları Ukraynanın Sumı, Donetsk və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 6 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Bu barədə "Report" Ukrayna mətbuatına istinadən xəbər verir.

Ukrayna Milli Polisinin məlumatına görə, hücum nəticəsində Sumı vilayətində 13 yaşlı uşaq da daxil olmaqla 4 nəfər yaralanıb. Bir çoxmənzilli və üç fərdi ev, mehmanxana, avtomobil yuma məntəqəsi və iki nəqliyyat vasitəsi, elektrik ötürmə xətləri zədələnib.

Donetsk Vilayət Hərbi Administrasiyasının rəisi Vadim Filaşkinin sözlərinə görə, son sutkada Rusiyanın hücumları nəticəsində 6 mülki şəxs həlak olub, daha 19 nəfər yaralanıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəisi İvan Fyodorov hücumlar nəticəsində iki nəfərin yaralandığını bildirib. Sutka ərzində Rusiya vilayətin 35 yaşayış məntəqəsinə zərbələr endirib.

Digər xəbərlər