Rusiya Odessada enerji obyektinə zərbə endirib

Rusiya hərbçiləri fevralın 12-nə keçən gecə Ukraynanın Odessa vilayətində Donbas Yanacaq-Energetika Şirkətinin enerji obyektinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" şirkətə istinadən məlumat yayıb.

"Bu, artıq Odessa vilayətində şirkətimizin Rusiya tərəfindən zədələnən 31-ci iri yarımstansiyasıdır. Dağıntılar əhəmiyyətlidir. Təmir uzun müddət tələb edəcək", - şirkətdən bildirilib.

Hazırda energetiklər və xilasedicilər zərbə yerində çalışır, dağıntıların təmizlənməsi davam edir.

Bildirilib ki, birinci dərəcəli vəzifə - kritik infrastruktur obyektlərinə elektrik enerjisini qaytarmaqdır.

Digər xəbərlər