Rusiya BMT TŞ-də Suriyanın əleyhinə olan qətnaməyə veto qoyacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiya BMT Təhlükəsizlik Şurasının kimyəvi hücumda ittiham olunan Suriyaya qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamə layihəsinə veto qoyacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkova istinadən "Reuters" məlumat yayıb.

"Belə bir fikir var ki, qətnamənin özü araşdırma bitənədək əsas təqsirsizlik prezumpsiyası prinsipinə ziddir", - deyə o bildirib.

Safronkovun sözlərinə görə, Rusiya səsvermədə iştirak edərsə, bu sənədə veto qoyacaq.

Qətnamə gələn həftə səsverməyə çıxarıla bilər.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28