Rumıniya Prezidenti Klaus Yohannis ölkəsində ABŞ və NATO-nun hərbi mövcudluğunu artırmağa çağırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə birgə mətbuat konfransında deyib.
Rumıniya Prezidenti qeyd edib ki, bu, uzunmüddətli perspektivdə Rumıniyanın və bütün regionun təhlükəsizliyini təmin etmək üçün lazımdır.