ABŞ dövlət katibi Marko Rubio İsrailin xarici işlər naziri Gideon Saar ilə Qəzza zolağı, Suriya, Livan və İrandakı vəziyyəti müzakirə edib.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, ABŞ və İsrailin xarici siyasət idarələrinin rəhbərləri çərşənbə günü keçirilən görüşdə Qəzza, Livan və Suriya ilə bağlı əsas məsələləri müzakirə ediblər. Bundan əlavə, görüşdə İran da diqqət mərkəzində olub.
"Dövlət katibi və xarici işlər naziri Saar razılaşıblar ki, iki ölkə arasında sıx əməkdaşlığın davam etdirilməsi regionun təhlükəsizliyini və rifahını təmin etmək üçün zəruridir", - sənəddə deyilir.