Bakı. 8 İyul. REPORT.AZ/ Ramazan ayının 25-dən (İyulun 12-dən) etibarən Yəməndə humanitar atəşkəs rejimi elan oluna bilər.
"Report" xəbər verir ki, bu barədə Birləmiş Ərəb Əmirliklərinin "Əl-Bəyan" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd münaqişə tərəfləri arasında bu il iyulun 17-də keçiriləcək Ramazan bayramınadək beş günlük atəşkəsin elan olunması barədə razılıq əldə etməyə nail olub. Məlumata görə, tərəflər iyulun 12-dən atəşkəsə başlamağa razı olduqlarını bildiriblər.
Atəşkəsə riayət olunacağı təqdirdə müddətin uzadıla biləcəyi ehtimalı da var.