Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb, 45-i xəsarət alıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb, daha 45 nəfər isə xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidrə məlumat verib. 

Onun sözlərinə görə, bu il martın 30-dan bəri “Böyük Qayıdış Yürüşü” çərçivəsində keçirilmiş etiraz aksiyaları zamanı İsrail hərbçiləri ilə toqquşmalarda 197 fələstinli ölüb, 21,6 min nəfəri də yaralanıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43