İsrail Müdafiə Qüvvələri son bir neçə saat ərzində Qəzza zolağında 130-dan çox yaraqlını zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail qoşunları terrorçuların infrastrukturuna hücum edib və Qəzzada yerüstü əməliyyatlar zamanı aşkar edilən çoxlu silah-sursatları məhv edib.
İsrail ordusu həmçinin bildirib ki, hərbi təyyarələr HƏMAS-ın hərbi komandanlıq mərkəzləri və idarəetmə mərkəzlərinə ciddi zərbələr vurub.