Qəzza sektorunda toqquşmalarda 70 fələstinli xəsarət alıb

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda 70 fələstinli xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf-əl-Kidr bildirib.

O, qeyd edib ki, toqquşmalarda həmçinin təcili yardımın 2 əməkdaşı da xəsarət alıb.

VAFA agentliyin məlumatına görə, İsrail hərbçiləri etirazçılara qarşı döyüş mərmiləri və gözyaşardıcı qaz tətbiq ediblər.

Digər xəbərlər