İran ABŞ-nin Qətərdəki bazasına azı 3 raket atıb.
“Report” xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, təyyarə və gəmilər Fars körfəzi regionunu tərk edir.
İranın “NourNews” agentliyi əl-Udeyd bazasına azı altı raketin düşdüyünü iddia edir.
20:52
İran Qətərdəki ABŞ-nin əl-Udeyd bazasına qarşı hərbi əməliyyata başlayıb.
"Report" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, əməliyyat "Qələbə xəbərləri" adlanır.
20:50
Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Axios"un məlumatına görə, İran Qətərdəki ABŞ hərbi bazaları istiqamətində 6 raket atıb.