Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani bildirib ki, Qəzza zolağında münaqişənin tənzimlənməsi üzrə danışıqların tərəfləri "kritik məqam"dan keçir.
"Report"un "Al-Jazeera"yə istinadən məlumatına görə, bunu Qətərin Baş naziri Dohada keçirilən beynəlxalq forumda bildirib.
"Biz kritik məqam yaşayırıq. Qoşunların tam çıxarılması (İsrail - red.), Qəzzada sabitlik bərpa edilmədikcə və insanlar (sektordan) sərbəst giriş-çıxış edə bilmədikcə atəşkəsə nail olmaq mümkün deyil", - Əl Tani bildirib.
Qətərin Baş naziri, həmçinin vurğulayıb ki, buna baxmayaraq tərəflər işi sona çatdırmağa hazır olduqlarını nümayiş etdiriblər.