Polşada zəlzələ baş verib, ölən və yaralananlar var

Bakı. 12 yanvar. REPORT.AZ/ Polşada zəlzələ baş verib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkan ölkənin qərbində, Aşağı Sileziya bölgəsində qeydə alınıb.

Nəticədə Polkoviçe şəhəri yaxınlığındakı kömür mədənində uçqun baş verib, 1 nəfər ölüb, 6 nəfər də xəsarət alıb.

“Hazırda 7 zərərçəkənin olduğunu deyə bilərəm. Altı mədən işçisi xəstəxanalara çatdırılıb, daha biri də ölüb", - deyə “KGHM” şirkətinin sözçüsü dövlət telekanalına bildirib. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10