Ukrayna 2030-cu illərin əvvəlində Avropa İttifaqının (Aİ) üzvləri sırasına daxil olacaq.
"Report" Polşa KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski deyib.
Onun sözlərinə görə, Macarıstanın bu məsələdə irəliləyişi əngəlləməsinə baxmayaraq, "Ukrayna artıq namizəd statusuna malikdir".