Nyu-Yorkun Kuins rayonunda baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə polisə istinadən "The New York Post" qəzeti məlumat yayıb.
İnsident nəticəsində güllə yarası alan 21 yaşlı kişi ölüb. O, Elmherst xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
24 və 38 yaşlı daha iki kişi güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı şəxsi saxlayıblar.