Peruda yoluxma sayı bir milyonu ötdü

Peruda koronavirus (COVID-19) infeksiyasına 3 604 yeni yoluxma faktı qeydə alınıb.

“Report”un məlumatına görə, müvafiq məlumat ölkənin Səhiyyə nazirliyinin saytında yer alıb.

Qeyd olunub ki, bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 1 000 153 nəfəri ötüb.

Ümumilikdə ölkə üzrə müalicə alan 936 182 pasiyent sağalıb, 37 218 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər

Peruda güclü zəlzələ baş verib 20 avqust, 2026 / 23:13