Perunun mərkəzi hissəsi Huanta əyalətinin Putis rayonunda törədilən terror aktı nəticəsində 4 hərbçi həlak olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələri məlumat yayıb.
Belə ki, Apurimak, Ene və Mantaro çaylarının vadisində hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət patrul terrorçularla qarşılaşıb. Terror aktı zamanı daha 3 əsgərin yaralandığı bildirilir.
Silahlı qüvvələrin nümayəndəsinin məlumatına görə, atışma zamanı iki silahlı öldürülüb.
Qeyd edək ki, hadisəni törədən “Sendero Luminoso” terror qruplaşmasının üzvləridir. “Sendero Luminoso”nun Perudakı terror fəaliyyəti nəticəsində 1980-ci ildən indiyədək 30 mindən çox insan həlak olub.