Perunun Kondorkanki əyalətində helikopter qəzaya uğrayıb.
"Report"un RT-yə istinadən verdiyi xəbərə görə, bu məlumat Peru Silahlı Qüvvələrinin "Twitter" səhifəsində yerləşdirilib.
Hadisə nəticəsində 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Hadisənin səbəbi araşdırılır.