Peruda COVID-19 ilə bağlı bütün məhdudiyyətlər ləğv edilib

Dünyanın ən sərt karantin tədbirlərinin tətbiq olunduğu Peruda 2 il yarım aradan sonra COVID-19 ilə əlaqəli bütün məhdudiyyətlər ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə “Travel Off Path” məlumat yayıb.

Bildirilib ki, turistlər Cənubi Amerikanın bu ölkəsində yenidən sərbəst səyahət edə biləcəklər. 2020-ci ilin mart ayından qüvvədə olan fövqəladə vəziyyət fərmanının müddəti 2022-ci il noyabrın 1-də başa çatıb.

Səyahətçilər indi peyvənd sertifikatı və ya koronavirus testinin mənfi nəticəsi olmadan Peruya daxil ola bilərlər.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09