Bakı. 4 yanvar. REPORT.AZ/ Perunun paytaxtı Limadan şimalda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 51 nəfər həyatını itirib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, xilasedicilər əzilmiş avtobusdan ölənlərin hamısının meyitini çıxarda biliblər.
Qəza nəticəsində sağ qalan 6 nəfər xəstəxanaya yerləşdirilib. Bununla belə, yaralılardan biri avtobus aşmamışdan əvvəl pəncərədən bayıra tullanması sayəsində sağ qaldığını bildirib.