Pentaqon: PYD/YPG Afrinə doğru hərəkət edəcəyi təqdirdə ABŞ-ın dəstəyini itirəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində qərarlaşan PYD/YPG yaraqları Afrine doğru hərəkət edəcəkləri təqdirdə onlara dəstəyini kəsəcək.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

"Suriyanın şimal-şərqindəki PYD/YPG yaraqlıları Afrine doğru hərəkət edəcəkləri təqdirdə ABŞ-ın dəstəyini itirəcəklər", - deyə açıqlamada bildirilir.

Digər xəbərlər

Şahbaz Şərif Vaşinqtona gedib 19 fevral, 2026 / 13:31