Pentaqon aparatına yeni rəhbər təyin olunub

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi aparatının istefaya gedən rəhbəri Kevin Suinin yerinə Erik Çuninq təyin olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Pentaqonun saytında dərc olunan press-relizdə deyilir.

"Erik Çuninq Müdafiə Nazirliyi aparatının rəhbəri postunu tutdu. Çuninq 2017-ci ilin oktyabrından müdafiə nazirinin sənaye siyasəti üzrə köməkçisinin müavini vəzifəsində işləyib", - deyə bəyanatda bildirilir.

Digər xəbərlər