Pakistanda terror aktı törədilib, 13 nəfər ölüb

Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

İnsident Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.

Digər xəbərlər

Estoniya Moldovada səfirlik açır 05 oktyabr, 2026 / 20:31