Ohayo ştatı xəstəxanasında naməlum şəxs atəş açıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Çərşənbə günü Amerikanın Sinsinnati şəhərinin (Ohayo ştatı) mərkəzində yerləşən xəstəxanada naməlum şəxs atəş açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Cinayətkar asayiş keşikçisinə də atəş açıb, lakin sonuncu xəsarət almayıb.

"Şübhəli şəxs ölüb", - deyə polisdən bildirilib və əlavə edib ki, yəqin ki, o, intihar edib.

"Associated Press"in məlumatına görə, hadisə psixi pozğunluqdan əziyyət çəkən insanlara təcili yardım xidmətinin göstərildiyi şöbədə baş verib.

Digər xəbərlər