"Avropa uğrunda Vətənpərvərlər" fraksiyasının ofislərində axtarışlar aparılır

Avropa Prokurorluğu Avropa Parlamentinin Brüssel və Strasburqdakı ultra-sağçı "Avropa uğrunda Vətənpərvərlər" fraksiyasının inzibati ofislərində axtarışlar aparır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" fraksiyanın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.

Qeyd olunub ki, axtarışlar bu gün səhər saatlarında başlayıb.

"Avropa uğrunda Vətənpərvərlər" Avropa Parlamentinin sayca üçüncü ən böyük fraksiyasıdır və onun tərkibinə Fransanın "Milli Birlik" partiyası daxildir.

Digər xəbərlər