Yunanıstanın 50-dən çox şəhərində genişmiqyaslı mitinqlər keçiriləcək

Yunanıstanın 50-dən çox şəhərində məktəblilər, tələbələr və müəllimlər genişmiqyaslı mitinqlər keçirməyi planlaşdırırlar.

"Report" xəbər verir ki, bu barədə yerli media xəbər verir.

Etirazçılar hakimiyyətdən kadr çatışmazlığı problemlərinin aradan qaldırılmasını, tədris binalarının təhlükəsizliyinin təmin edilməsini, əmək haqqlarının artırılmasını, dövlət təhsilinin maliyyələşdirilməsinin artırılmasını və s. tələb edirlər.

Müəllimlər Federasiyası DOE çərşənbə günü üçün 24 saatlıq tətil elan edib, həmkarlar ittifaqı OLME isə saat 11:00-dan 14:00-dək işin dayandırılmasını elan edib.

Bildirilir ki, Təhsil Nazirliyinin nümayəndələri etiraz aksiyalarının yayılmasının qarşısını almaq məqsədilə təhsil sisteminin regional rəhbərləri ilə görüşlər keçiriblər.

Digər xəbərlər