"Normand dördlüyü" XİN başçılarının görüşü fevralın 13-nə planlaşdırılır

Bakı. 5 fevral. REPORT.AZ/ "Normand dördlüyü" xarici işlər nazirlərinin görüşü fevralın 13-nə planlaşdırılır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin məlumat verib.

"Bu görüşü fevralın 13-də təşkil etməyi planlaşdırırıq. İndi zaman çərçivəsini və gündəliyə salınacaq məsələləri müzakirə edirik. Razılığa gəlsək, Münhendə görüşəcəyik", - deyə o bildirib.

Qeyd olunur ki, nazirlərin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək.

Digər xəbərlər