Bakı. 12 yanvar. REPORT.AZ/ "Nissan" avtomobil konserninin şirkətin sabiq rəhbəri Karlos Qona yaxın olan icraçı direktoru Xose Munyos istefa verib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.
Daha əvvəl Munyos şirkət üçün Çin kimi vacib bir bölgədə aparılan işlərdən kənarlaşdırılmışdı.