Nigeriyada terror aktları nəticəsində ən azı 20 nəfər ölüb, 10-dan çox insan yaralanıb

Bakı. 1 may. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində törədilən terror aktları nəticəsində ən azı 20 nəfər ölüb.

"Report" "Today NG" portalına istinadən xəbər verir ki, insident Adamava ştatının Mubi şəhərində qeydə alınıb.

Məlumata görə, terrorçulardan biri özünü məsciddə, digəri isə yaxınlıqdakı əşya bazarında partladıb. Hadisə nəticəsində 10-dan çox insan yaralanıb. 

Digər xəbərlər