İordaniya təhlükəsizlik qüvvələri ölkənin cənubunda doqquz nəfərin həlak olması ilə nəticələnən Müqəddəs Georgi kilsəsinə hücumda iştirakda şübhəli bilinən üç nəfəri saxlayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, şübhəlilər oktyabrın 23-də Əl-Kərək əyalətində törədilmiş silahlı hücumla əlaqədar saxlanılıblar.
İnsident kilsədə anım mərasimi zamanı baş verib. Silahlı şəxslər kilsəyə toplaşanlara atəş açıblar.
İordaniyanın səhiyyə naziri İbrahim əl-Bəddurun məlumatına görə, hücum nəticəsində doqquz nəfər həlak olub, onlarla insan yaralanıb.