Yenidən Braziliya Prezidenti seçilən Luis İnasio Lula da Silva bəyan edib ki, ölkəsi digər dövlətlərlə bərabərhüquqlu əsasda münasibətlər qurmaq niyyətindədir və ABŞ-dən asılılığa yol verməyəcək.
"Report" xəbər verir ki, bu barədə Braziliya lideri prezident seçkilərinin ikinci turundakı qələbəsindən sonra bildirib.
"Ölkəmiz kiminsə "arxa bağça"sı olmağa razı deyil", - o vurğulayıb.