Polşada 20 milyon dollardan çox dəyəri olan 1,5 ton narkotik müsadirə edilib

Polşada Mərkəzi Təhqiqat Bürosunun (CBŚP) əməkdaşları Mazovets voyevodalığında keçirilən əməliyyat zamanı dəyəri 82 milyon zloti (təxminən 20,8 milyon dollar) dəyərində 1,5 tondan çox sintetik narkotik müsadirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 3 nəfəri saxlayıblar. Onları 20 ilədək həbs cəzası gözləyir.

Məlumata görə, CBŚP əməkdaşları fermada qanunsuz fəaliyyətə dair sübutlar aşkarlayıblar. Ərazidə klofеdron adlı sintetik narkotikin istehsalı üçün istifadə olunduğu ehtimal edilən təchiz olunmuş laboratoriya da aşkar edilib.

Polis 1 600 kq-dan çox hazır klofedron müsadirə edib. Əlavə narkotik partiyaları həmçinin şübhəlilərin yaşayış yerlərində aşkar edilib.

Digər xəbərlər