Nigerin qərbindəki kəndlərdən birində silahlı hücum nəticəsində 22 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə xarici KİV yerli mənbələrə istinadən məlumat yayıb.
"Tillaberi bölgəsində silahlı şəxslərin hücumları nəticəsində kəndin 22 sakini həlak olub", - mənbələr bildirib.
Onların məlumatına görə, əvvəlcə cinayətkarlar dini mərasim zamanı Takubatt yaşayış məntəqəsində atəş açıblar, nəticədə 15 nəfər həlak olub. Daha sonra onlar yaşayış məntəqəsinin ətrafında daha 7 nəfəri öldürüblər.