Niderlandın keçmiş baş naziri vəfat edib - FOTO

Bakı. 21 oktyabr. REPORT.AZ/ Niderland Krallığının keçmiş baş naziriVim Kok vəfat edib

"Report" xəbər verir ki, bu barədə "Reuters"məlumat yayıb.

Məlumatda bildirilir ki, sabiq hökumət rəhbəri 80 yaşındadünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Vim Kok 1994-cü ildən 2002-ci ilə qədər ölkəninbaş naziri vəzifəsini icra edib.

Xatırladaq ki, Vim Kok bu ilin martında Azərbaycanda səfərdə olub. O, VI Qlobal Bakı Forumunda iqtisadi inkişafın ətraf mühitindeqradasiyasına təsiri mövzusu müzakirələrdə iştirak edib. Panel iclasda çıxışedən Vim Kok bildirib ki, hazırda inkişaf etmiş ölkələr ətraf mühitindeqradasiyasının qarşısının alınması üçün iqtisadi tərəqqi proseslərininizamlamaqla onu nəzarətdə saxlamağa çalışırlar: “Bu baxımdan Parisrazılaşmasının prinsiplərinə əməl etmək və bu dəyərlərə sadiq qalmaq çox önəmlidir.Təəssüf ki, bu məsələdə müəyyən istisnalar da yaşanır. Məsələn, ABŞ prezidentiDonald Tramp bu baxımdan olduqca məsuliyyətsiz davrandı. Çünki Parisanlaşmasına imza atan dövlət başçılarının demək olar ki, hamısı götürdükləriöhdəliklərə sadiqlik nümayiş etdirirlər”.

Digər xəbərlər