NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə, 2027-ci ildə isə Albaniyada keçiriləcək.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir.

"Biz Niderland Krallığının göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. 2026-cı ildə Türkiyədə, daha sonra isə Albaniyada keçiriləcək növbəti görüşləri səbirsizliklə gözləyirik", - sənəddə deyilir.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10