NATO-nun təlimlərində 2,5 mindən çox britaniyalı hərbçi iştirak edəcək

NATO-nun şərqində keçiriləcək təlimlərdə 2,5 mindən çox britaniyalı hərbçi iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, London NATO-nun təlimlərinə 2 600 əsgər və 730 hərbi maşın göndərəcək.

Britaniya ordusunun 1-ci diviziyası yanvar və fevral aylarında Bolqarıstan və Rumıniyada keçiriləcək “Steadfast Dart 25” təlimində NATO quru qüvvələrinə rəhbərlik edəcək.

Hərbçilər alyansın şərq cinahını gücləndirməyi məşq edəcəklər.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12