Bolqarıstanda İtaliyanın rəhbərlik etdiyi NATO Çoxməqsədli Döyüş Qrupu “Strike Back” taktiki canlı atəş təlimi çərçivəsində Novo-selo poliqonunda tam əməliyyat qabiliyyəti nümayişi keçirib.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hazırda qrupa Albaniya, Bolqarıstan, Yunanıstan, İtaliya, Şimali Makedoniya və ABŞ-dan 900-dən çox hərbçi daxildir.
“Biz hərbi təlimlərin miqyasını genişləndirmək niyyətindəyik ki, böhran şəraitində Bolqarıstanın və NATO-nun üzvü olan istənilən digər ölkənin suverenliyini müdafiə etməyə hazır olaq”, - Müdafiə Qərargahının rəisi, admiral Emil Eftimov jurnalistlərə bildirib.
Eyni zamanda, hərbçi döyüş qrupunun potensialını briqada səviyyəsinə qədər genişləndirmək üzərində işi davam etdirdiklərini vurğulayıb.