NATO-nun baş katibi gələn həftə ABŞ-yə səfər edəcək

NATO-nun baş katibi Mark Rütte iyunun 23-dən 25-dək Vaşinqtonda səfərdə olacaq.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" NATO-nun mənzil-qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.

"İyunun 24-də baş katib Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Onun həmçinin administrasiyanın yüksək vəzifəli nümayəndələri ilə də görüşü baş tutacaq", - NATO-nun məlumatında bildirilir.

Bundan başqa, Rütte Vaşinqtondan onlayn rejimdə E5 qrupunun müşavirəsində iştirak edəcək.

İyunun 25-də NATO-nun baş katibi Konqres üzvləri ilə görüşəcək və Atlantika Şurasının təşkil edəcəyi müzakirələrə qatılacaq.

Digər xəbərlər